BİZNES

27 İyul

Bakının bu ərzalərində evlərə kupça veriləcək-DƏQİQ TARİX

Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərin elektron çıxarışla təmin olunması davam etdirilir.
Fins.az xəbər verir ki  «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu iyulun 28-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında, iyul 30-da isə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 41,43 ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan sənəd qəbulu prosesi çərçıvəsində artıq iki ünvanda ümumilikdə 68 mənzilin sənədlərinin qəbulu aparılıb.

Müəllif:Aynur Qəniyeva