BİZNES

27 İyul

6 ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

Yanvar-iyun aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər qərarlaşıb.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, İrana ixracın dəyəri 18 milyon dollar, BƏƏ-yə 5,5 milyon dollar, Qətərə isə 1 milyon dollar olub. İran və Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, Qətərə ixracda isə artım müşahidə edilib.