BİZNES

24 İyul

ƏDV nə zaman əvəzləşdirilir ?

Vergi Məcəlləsinin 175-ci maddəsi büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən əlavə dəyər vergisinə (ƏDV) həsr olunub. Bu maddənin müddəaları ilə bağlı maraq doğuran məsələləri iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcələsinin 175.1.3-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Misal 1: ƏDV ödəyicisi olan "A" MMC qarşı tərəfdən yanvar ayında 1.000 manatlıq mal alıb. "A" MMC yanvar ayında bank hesabına həmin malın 600 manatını və müvafiq olaraq 108 manat (600 manat x 18 faiz) ƏDV-ni ödəyib. Fevral ayında bank hesabına 400 manat və ona mütənasib 72 manat (400 x 18 faiz) ƏDV-ni isə depozit hesabına ödəyib. Bu halda, "A" MMC yanvar və fevral ayında müvafiq olaraq 108 manatlıq və 72 manatlıq ƏDV-ni əvəzləşdirə biləcək.