Bakıda ticarət obyektlərinin satış qiyməti bahalaşsa da, icarə qiymətləri ucuzlaşıb.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, iyun ayı ərzində Bakıda kommersiya obyektlərinin satış bazarında ay ərzində 1 kvadrat metrin dəyəri 2727 manatdan 2803 manata qədər artıb.
Onun sözlərinə görə, ay ərzində artım 2.79 faiz, il ərzində isə 7.7 faiz təşkil edib.
Ticarət obyektlərinin icarə qiymətində isə azalma müşahidə olunub. Belə ki, may ayı ərzində ticarət obyektlərinin icarəsinin orta qiymət 3307 manatdan 3273 manata qədər ucuzlaşıb.