BİZNES

23 İyul

Azərbaycanla ABŞ-ın mənfi ticarət saldosu cüzi azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 414,61 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azdır.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-ci ilin ilk altı ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 8,33 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 696,42 min dollar və ya 7,7% azdır.

İdxalın həcmi isə 406,28 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,58 mln. dollar və ya 1,4% azalıb.

Nəticədə, hesabat dövründə 397,95 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 4,88 mln. dollar və ya 1,2% azdır.