BİZNES

20 İyul

Pulsuz internet nə dərəcədə təhlükəsizdir ?

Hesab olunur ki, VPN istifadəsi veb surfing zamanı istifadəçinin konfidensial məlumatlarının təhlükəsizliyini təmin edir. Lakin məlum olub ki, internet səhifələrinin hətta VPN vasitəsilə izlənməsi istifadəçinin anonimliyini qorumur. Bir neçə müddət bundan öncə məşhur VPN servislərinin sızdırılmış məlumatlar bazası milyonlarla istifadəçinin konfidensial məlumatlarını özündə birləşdirib. Bu barədə Androidpolice saytı xəbər verib. VpnMentor analitik şirkətinin tədqiqatçıları pulsuz VPN servislərinin 20 miylon istifadəçisinin sızdırılmış məlumatlarını aşkar ediblər.

    Qorunmamış serverdə UFO VPN, Fast VPN, Flash VPN, Rabbit VPN, Secure VPN və Free VPN adlı VPN servislərinin istifadəçilərinin konfidensial məlumatları yerləşdirilib. Həmin məlumatlar arasında istifadəçilərin elektron poçt ünvanları, şifrələnməmiş şəkildə saxlanılmış özəl şifrələri, IP ünvanları, cihazlarının identifikatorları və smartfonlarının modelləri kimi məlumatlar olub. Sızdırılmış məlumatların ümumi həcmi 1.2 GB təşkil edib. Qeyd etmək lazımdır ki, istifadə edilmiş həmin VPN servislərinin Google Play və App Store platformalarındakı reytinqləri 4.5 ulduzdur