BİZNES

03 İyul

Çin hamısını qadağan etdi: Yutub, Votsap, İnstaqram...

Çin hökuməti dünya üzrə populyar olan bir sıra sosial platformaların ölkə ərazində fəaliyyətinə qadağa qoyub.

Fins.az xəbər verir ki, yeni qərarla Yutub, Vikipediya, Netfliks, Tumblr, İnstaqram, Reddit və Votsapın fəaliyyəti Çində dayandırılıb.

Bundan əlavə, Qərb media orqanları – BBC, “Nyu York Tayms”, “Blumberq”, “İndependent”, “Le Monde”, “Frans 24”, “Deyli moşın” və “Ekonomist”in yayımı da Çində məhdudlaşdırılıb.

Qeyd edək ki, Hindistan bundan öncə bir sıra Çin istehsalı sosial şəbəkələrə (Tik Tok, Veçat və s.) qadağa qoymuşdu. Hazırda Qərb ölkələrində Çindən yayılan sosial platformlar üzərində məhdudiyyətin tətbiq edilməsi müzakirə edilir.