Dövlət Vergi Xidməti "Anqard" MMC və "Metal Roofing Center" MMC-ni qeydiyyata alıb. Bu barədə iqtisadiyyat Nazirliyinin dövlət Vergi xidmətindən məlumat verilib.
Məlumata görə, 7 və 21 may 2020-ci il tarixlərində qeydiyyata alınmış iki şirkətin nizamnamə kapitalı 100 min manat və 409,7 min manat təşkil edir. Şirkətlərin qanuni təmsilçiləri Pəri Məmmədova və Rahib Əhmədovdur
Sözügedən şirkətlərin fəaliyyət sahələri açıqlanmır.