BİZNES

09 İyun

Sahibkarlığın İnkişafı Fondu bu sahədə texniki dəstəyə 13min manata yaxın pul yönləndirəcək

İqtisadiyyat Nazilriyi yanında Sahibkarlığın İnkişafı Fondu “Fondun vəsaitlərinin dövriyyəsinə nəzarət proqramı”na texniki xidmətin göstərilməsi məqsədilə fiziki şəxs Neman Əhmədli ilə müqavilə imzalayıb.

www.tender.gov.az saytının məlumatına görə, müqavilənin dəyəri 12,95 min manatdır.

Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır. **