Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio") ilə "Lider TV və Radio-Azərbaycan" MMC arasında iş üzrə növbəti məhkəmə iclasının keçiriləcəyi tarix açıqlanıb.
Fins.az xəbər verir ki, bu barədə "Teleradio İstehsalat birliyi" məlumat yayımlayıb.
Məlumata məhkəmə iclası 16 iyun 2020-ci il tarixində saat 10:30-da Bakı Kommersiya Məhkəməsinin İnzibati binasının 13-cü məhkəmə iclas zalında keçiriləcək.
Qeyd edək ki, kreditor "Teleradio" İB borclu "Lider TV"yə qarşı iflas elan edilmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edilib