Netmarketshare adlı analitik şirkət əməliyyat sistemləri və brauzerlərin aylıq hesabatlarını təqdim edib. Maraqlısı ondadır ki, əməliyyat sistemləri bazarında Linux-un məşhurluğu aktiv şəkildə yüksəlir. Brauzerlər bazarınfa isə hər şey dəyişilməz olaraq qalıb. Bu barədə Mspoweruser saytı xəbər verib. Əməliyyat sistemləri bazarında lider olaraq Windows 10 qalır.
Belə ki, onun bazar payı aprel ayında 2.87%, may ayında isə 3.17% təşkil etmişdi. Güman edilir ki, bunun əsas səbəbi bir çox dəstək xidməti əməkdaşları evdən çalışma rejiminə keçid edərək öz kompüterlərinə Linux əməliyyat sistemini quraşdırmalarındadır. Brauzerlərə gəldikdə isə may ayının nəticələrinə əsasən Chrome brauzerinin bazar payı 69.81%-dən 70%-ə, Edge brauzerinin bazar payı 7.76%-dən 7.86%-ə yüksəlib. Firefox-un bazar payı isə həmin dövr üzrə 7.25%-dən 7.23%-ə düşüb.