Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarları iyunun 5-də keçiriləcək növbəti onlayn seminarda iştiraka dəvət edir.
Konfederasiyadan verilən məlumata görə, saat 16:00-da “Food CERT” şirkətinin təsisçisi Elmar Cəmilovun moderatorluğu ilə ASK-nın “Facebook” platforması üzərindən “Beynəlxalq sertifikatın sahibkara verdiyi dəyər” mövzusunda canlı yayım keçiriləcək. Canlı yayımda qida, kənd təsərrüfatı, sənaye, idarəetmə standartları haqqında ümumi məlumat, standartların tətbiqinin mərhələləri, beynəlxalq sertifikatın üstünlükləri, daxili və xarici səmərələr mövzuları müzakirə olunacaq.
Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının “Facebook” səhifəsini izləmək lazımdır.