Azərbaycan I rübdə $568,62 min dəyərində 31,65 min dekalitr şərab və üzüm suslosu ixrac edib.2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 68,9%, dəyər ifadəsində 61,5% azalıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə ixracın əsas həcmi (88%) Rusiyanın payına düşüb. Belə ki, yanvar-mart aylarında bu ölkəyə $458,89 min dəyərində (azalma 64%) 27,87 min dekalitr (azalma 71,2%) şərab ixrac edilib.
2019-cu ildə Azərbaycan $7 milyon 309 min dəyərində şərab və üzüm suslosu ixrac edib.
Ötən il Azərbaycanda 531,72 min dekalitr şərabçılıq məhsulları istehsal edilib. 2018-ci illə müqayisədə istehsalın həcmi 64,5% azalıb.
2026-cı ilədək şərabçılıq məhsullarının ixrac həcmi 1,875 milyon dekalitrə qədər artırılmalıdır
(c)İnterfaks Azərbaycan