Data İqtisadiyyatının əsas dayağı “Sualtı Fiber Optik Kommunikasiya Sistemləri”-dir. Bu sistemlər okeanların və dənizlərin altı ilə çəkilən, qitələri və ölkləri birləşdirən meqa fiber optik kabel xətləridir. Bu xətlər vasitəsilə Qlobal iqtisadi və sosial həyatı yönləndirən “data transmissiyası” həyata keçirilir. Təəccüblü deyil ki, bu sualtı meqa sistemlərin yaradılmasını dövlətlərdən daha çox Google, Microsoft, Amazon, Facebook və s. kimi nəhəng texnologiya şirkətləri ilə yanaşı böyük telekommunikasiya şirkətləri maliyyələşdirir. Bu proses sözügedən şirkətlərin yeni nəsl iqtisadi sistemin və qaydaların artıq əsas aktyorları olduğunun sübutudur.
Müasir Qlobal iqtsadiyyatın və ticarətin tarixi inkişaf prosesi dənizlərdən və okeanlardan başlayır. İnsan övladının bu iqtisadi təşəbbüskarlığı yeni Qitələrin kəşfinə və oralarda yeni sivilizasiyaların qurulmasına səbəb olub. 21-ci əsrin ikinci on illiyini yaşayırıq və Dünya 4-cü Sənaye İnqilabına (industry 4.0) keçid edir. 4-cü Sənaye İnqilabında “Əşyaların İnterneti” əsas hadisəyə çevrilib. Başqa sözlə, bütün dünya iqtisadiyyatı – sənaye sahələri, istehsal prosesləri, xidmət sahələri, ictimai sahələr (təhsil, səhiyyə və s.), binzes sahələri (reklam, media, finans, ticarət və s.) digitallaşaraq vahid “Qlobal Digital Ekosistem” yaradır. Bu yeni sistem yeni növ həll yolları, metodlar və modellər gətirir. Biz bunu “Data İqtisadiyyatı” da adlandıra bilərik. Məhz bu səbəbdən dünya ölkələri və şirkətlər digital transformasiyalarını son illərdə sürətləndiriblər. Nəticə etibarilə, bu gün – 2020-ci ildə internetə qoşulan əşyaların sayı 20 milyardı (statista.com) keçib. Bu göstərici nəyinki internetə qoşulan insanların sayından, hətta dünya əhalisindən dəfələrlə çoxdur.