“Maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsi çox vacibdir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
O bildirib ki, bu istiqamətdə sovet dövründə məlumatların az daxil olmasının səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır: “Kim işdən çıxarılırsa, çoxlu pullar, milyonlar çıxır. Büdcəyə əlavə vəsaitlərin daxil olmasının yolu tapılmalıdır”.
Millət vəkili onu da əlavə edib ki, məhkəmə yolu ilə məmurlardan aşkar edilən pullar büdcəyə getməlidir: “Bu prosesin icra edilməsi büdcəyə xeyirdir”.
(c)APA