“PAŞA Holdinq” MMC-nin strukturuna daxil olan “PMD Group” MMC-nin yenidən təşkil olunmasına qərar verilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yenidən təşkil olunma 3 şirkətin – “Riqal”, “Prime Estates” və “Təbriz Evləri” MMC-lərin ləğv olunaraq “PMD Group”a qoşulması ilə bağlıdır.
(c)report