BİZNES

02 İyun

İnnovasiyalar Agentliyinin BMT-nin Sənaye İnkişafı Təşkilatı ilə birgə 200 min avroluq layihəsi

İnnovasiyalar Agentliyi BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə 200,000 avro dəyərində layihəyə başlayır.
Fins.az xəbər verir ki, bu barədə İnnovasiyalar Agentliyi məlumat yayımlayıb 
 
Məlumata görə, 2020-ci ildən İnnovasiyalar Agentliyi və UNIDO arasında "Rəqəmsal təhsil və innovasiya mərkəzinin, innovasiya ekosisteminin və dəstək infrastrukturun inkişafı" adlı təlim layihəsinə start verilir.
İlk təlim Sloven Keyfiyyət və Metrologiya İnstitutu və Lyublyana Texnoparkının tərəfdaşlığı ilə baş tutduğu bildirilən məlumatda "Təlimin məqsədi Azərbaycan İnnovasiyalar Agentliyinin təlimçiləri ilə onlayn və elektron təlim vasitələrindən istifadənin praktik təcrübəsini paylaşmaq, onlayn görüş, konfrans platformaları ilə işləməyi praktiki təcrübə üzərində göstərmək idi."-deyə bildilir
 
İştirakçılar onlayn tədrisin vacib elementləri və həmçinin onun çətinlikləri və əsas üstünlükləri barədə məlumatlandırıldılar. Cənub-Şərqi Avropanın ən böyük onlayn fakültəsi olan DOBA fakültəsinin mühazirəçisi və icraçı direktoru Klemen Sibret, auditoriyanı motivasiyalı saxlamağın və tələbələrlə dialoq şəklində ünsiyyət qurmağın vacibliyini vurğuladı.
Digər təlimçilər, Lyublyana Texnologiya Parkının CEO və Texniki Birliyin rəhbəri Jernej Pintar və yaradıcı texnologiyalar və yeni iş modelləri üzrə məsləhətçisi Ales Pevc isə AltspaceVR, MeetinVR, Virtway kimi onlayn platformaların praktik istifadəsini və virtual gerçəklikdə keçiriləcək onlayn tədbirlərin gələcək mümkün imkanlarını təqdim etdilər.
Startapların geniş bazarlara çıxışı, 4-cü sənaye inqilabının ortaya qoyduğu imkanlardan və çağırışlardan istifadə bacarıqlarının yenilənməsi, kiçik və orta sahibkarlıqda rəqabətin artırılması və innovasiya ekosisteminin təşviq edilməsi məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi də layihənin hədəflərinə daxildir.
Qeyd edək ki, layihənin 15 ay ərzində davam etdirilməsi nəzərdə tutulur və ümumi dəyəri 200,000 avro təşkil edir.Proqram çərçivəsində növbəti təlim 2-4 iyun tarixlərində baş tutacaq.
 
Müəllif:Aynur Qəniyeva