BİZNES

01 İyun

Sahibkarlar üçün COVID-19-un profilaktikasına dair metodiki göstərişlər təqdim olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkə ərazisində iri ticarət mərkəzlərinin, ictimai iaşə məkanlarının fəaliyyəti bərpası ilə bağlı sahibkarlar üçün COVID-19 infeksiyasının profilaktikasına dair müxtəlif sektorlar üzrə təsdiq edilən metodiki göstərişləri təqdim edib. KOBİA-dan  verilən məlumata görə, Agentlik obyektlərin fəaliyyətləri zamanı zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsinin, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmasının, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunmasının, müxtəlif sektorlar üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə tam riayət olunmasının vacibliyini bir daha sahibkarların diqqətinə çatdırır.

Metodiki göstərişlərlə aşağıda qeyd olunan keçidlərdən tanış ola bilərlər:

- Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələr (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) üzrə //koronavirusinfo.az/files/2/3_Qida_Mehsullari.pdf

- İctimai iaşə müəssisələri üzrə - //koronavirusinfo.az/files/2/5_ictimai_iase.pdf

- Turizm və otelçilik sektoru üzrə //koronavirusinfo.az/files/2/4_Turizm_VE_Otelcilik_Sektoru.pdf

- İctimai nəqliyyat üzrə - //koronavirusinfo.az/files/2/2_Neqliyyat.pdf

- Müxtəlif ticarət və xidmət sahələri, ofislər üzrə //koronavirusinfo.az/files/2/6_Xidmet_sahesi_muessiseleri.pdf

- Çimərlik və su istirahət mərkəzləri üzrə //koronavirusinfo.az/files/3/101_C%CC%A7im%C9%99rlikl%C9%99r.pdf