BİZNES

27 May

Google CEO-su Sundar Pichai gələcək layihələr çərçivəsində yenidən Apple ilə əməkdaşlıq etmək istəyir

Apple və Google şirkətləri ənənəvi olaraq İT bazarda bir-biriləri ilə rəqabət aparırlar. Lakin koronavirus pandemiyası bu iki şirkətin birləşməsinə və virusun yayılmasının qarşısını almaq üçün birlikdə universal həll yolu yaratmağa məcbur etdi. Bu cür əməkdaşlığa Apple şirkətinin necə münasibət göstərdiyi bilinməsə də görünür, Google şirkəti bu cür əməkdaşlıqlara yenə də hazırdır. Bu barədə Ubergizmo saytı xəbər verib. Google şirkətinin CEO-su Sundar Pichai, Wired saytına müsahibə verən zaman qeyd edib ki, Google və Apple kimi şirkətlər arasındakı əməkdaşlıq çoxlu fayda verə bilər və o, Tim Cook-un şirkəti ilə yenidən birgə çalışmaq istəyir.

“Cəmiyyətin rifahı üçün birgə çalışan böyük təşkilatlar həqiqətən də bütün dünya üçün xeyirlidir. Mən digər əməkdaşlıq növlərinin tapılması üzrə qərarlıyam və Tim Cook-da da bu cür istəyi hiss etmişəm” - deyə Sundar Pichai öz müsahibəsində qeyd edib.
    Bundan əlavə olaraq Sundar Pichai koronavirusa yoluxmuş şəxslər ilə kontaktda olmuş şəxslərin izlənməsi üçün xüsusi texnologiyanın yaradılması yolunda nəyə görə Google şirkətinin Apple ilə birləşdiyinə aydınlıq gətirib. Onun sözlərinə əsasən ilk əvvəl hər iki şirkət bir-birindən asılı olmayaraq bu cür texnologiya üzərində çalışırdı. Lakin müyyən müddətdən sonra hər iki tərəf anladı ki, daha böyük effektivlik üçün bu texnologiya bütün cihazlarda eyni səviyyədə çalşmalıdır. Daha sonra hər iki şirkətin mühəndisləri bir-biriləri əlaqə qurmağa başladılar və Sundar Pichai Tim Cook ilə birbaşa əlaqə yaratmalı oldu. Gələcəkdə bu iki şirkətin hansı layihələr üzrə birgə çalışacaqları bilinmiir. 

(C)technote