BİZNES

24 May

Sahibkarlardan maliyyə dəstəyindən yararlanmaq üçün Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

Fins.az xəbər verir ki,  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu barədə yayımladığı elanda məlumat verilir

Məlumata görə maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq, bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmayıb.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, Nazirliyə müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.