2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 17 milyard 145,7 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur.
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda orta illik inflyasiya 3% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 0,5% - 1,722 min manatadək artıb.
Yanvar-aprel aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 15 milyard 417,2 milyon manat qalır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 0,4% azdır.
2019-cu ildə əhalinin nominal pul gəlirləri 7,4% artıb