BİZNES

23 May

Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə 38,8 mln. ton yük daşınıb

Azərbaycanda yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 38,8 mln. ton yük, 457,3 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük və sərnişindaşımalarda müvafiq olaraq 8,7% və 16,8% azalma qeydə alınıb.

Məlumata əsasən, sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

“Hesabat dövrü yük dövriyyəsi 8,6%, sərnişin dövriyyəsi isə 16,8% azalıb”, - məlumatda qeyd edilir.