BİZNES

22 May

Azərbaycanda nə qədər yaşayış evi istismara verilib? -RƏSMİ

020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 299,4 min kvadratmetr təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 3,9 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu, prezident İlham Əliyevin bəzi çoxmərtəbəli yaşayış binalarının istismarının sadələşdirilməsi haqqında imzaladığı fərmanın həyata keçirilməsi ilə əlaqədardır. Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinə bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etmək tapşırılıb.

Statistik məlumatlara görə, cari ilin yanvar-aprel ayları ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 406 milyon manat (artım 15,5%) təşkil edib.

Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 8 milyon 747,3 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 3,9 dəfə çoxdur. Bu artım prezident İlham Əliyevin bəzi çoxmərtəbəli yaşayış binalarının istismarının sadələşdirilməsi haqqında imzaladığı fərmanın həyata keçirilməsi ilə əlaqədardır

(c)İnterfaks Azərbaycan