BİZNES

20 May

Naxçıvanda orta aylıq əməkhaqqı nə qədər olub?-MƏBLƏĞ

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 519,3 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 19,8% çoxdur.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub

(c)APA