BİZNES

20 May

Azərbaycanın xaricdən aldığı mobil telefonların miqdarı çoxalıb

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin birinci rübündə Azərbaycana 280 min ədəd mobil telefon cihazı gətirilib, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Mobil telefon idxalının 64%-i Çinin payına düşür. Çin istehsalı olan telefonun bir ədədi Azərbaycan sərhədində ortalama 117,2 dollara sənədləşdirilib. Mobil rabitə aparatları həmçinin Vyetnamdan (53,2 min) və Hindistandan (46,8 min) müvafiq olaraq ortalama 192,9 dollara və 138,5 dollara gətirilib.