BİZNES

04 Mart

Əliyev: "Vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 250 milyon manat vəsait daxil ediblər"

2020-ci ilin yanvar-fevral aylarında vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 250 milyon manat vəsait daxil ediblər. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

“2020-ci il üçün proqnozlar keçən ilə görə artırılıb. Yanvar-fevral aylarında vergi orqanları büdcəyə proqnozdan əlavə 180, gömrük orqanları isə 70 milyon manat vəsait daxil ediblər. Bütövlükdə 250 milyon manat, cəmi iki ay ərzində”, - Əliyev Qazaxda əhəng zavodunun açılışında bildirib.

Dövlət başçının sözlərinə görə, “bu, şəffaflıq, dürüstlük, təmizlik və vergi bazasının genişləndirilməsi hesabına” baş verib.

Prezident vurğulayıb ki, bu müsbət tendensiyalar kölgə iqtisadiyyatına da böyük zərbədir. “Kölgə iqtisadiyyatının həcmi kəskin daralır, daha da daralmalıdır və proqnozdan əlavə yığılan vəsait bunun bariz nümunəsidir”, - Əliyev vurğulayıb