BİZNES

28 Fevral

Nicat Hacızadə: Rusiyaya 48,2 mln dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub

2020-ci ilin yanvar ayında Rusiyaya 48,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Fins.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri​ Nicat Hacızadə deyib.

O bildirib ki, 2020-ci ilin yanvar ayı ərzində ölkəmizin ixracı 2,1 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 851 milyon ABŞ dolları və ya 66,5 faiz  artıb

Nizat Hacızadə "2020-ci ilin yanvar ayında Rusiyaya 48,2 milyon, Türkiyəyə 33,1 milyon, İsveçrəyə 17 milyon, Gürcüstana 8,5  milyon və Çinə 5,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub."-deyə qeyd edib 

Müəllif:Aynur Qəniyeva