BİZNES

11 Fevral

Mikayıl Cabbarov:Toplanmış vergilərin 71 %-i qeyri neft sektorunun payına düşür

"Toplanmış vergilərin 71 %-i qeyri neft sektorunun payına düşür" Fins.az xəbər verir ki bunu "Vergi islahatları:birlikdə kölgədən işığa doğru" konfransında İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib O bildirib ki, "Qanunvericilikdə təşviqedici alətlər tətbiq edilib.Bu fonda ötən il vergi daxilolmalarının əvvəlki ilə nisbətən 3,5 % və ya 257 mln manat çox olub . Xüsusilə də qeyri neft sektorunda 9,2 % vəya 458 mln manat çox vergi toplanılıb." Nazir"Sektordan daxilolmaların nominal artım tempi ÜDM -in nominal artım tempini 2%üstələyib. Bu da vergidənyayınma hallarının azaldılmasında vergi inzibatçılığının keyfiyyətinin artmasını göstərir."deyə qeyd edib. Daha sonra Mikayıl Cabbarov bildirib ki, "Toplanmış vergilərin 71 %-i qeyri neft sektorunun payına düşür.Gördüyünüz kimi özəl sektorun payı 76,4% təşkil edib."