BİZNES

11 Fevral

Mikayıl Cabbarov: 2020-ci il iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılmasında mühüm il olacaq

2020 ci il iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılmasında mühüm il olacaq

Fins.az xəbər verir ki, bunu "Vergi islahatları:birlikdə kölgədən işığa doğru" konfransında İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, 2020 ci il iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılmasında mühüm il olacaq. Nazir qeyd edib ki, 2019-cu il iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb.

Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi biznesin, qismən də olsa, “kölgə”dən çıxmasına səbəb olub. Bütövlükdə, işgüzar cəmiyyətin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir. 

Aynur Qəniyeva