BİZNES

07 Fevral

Bu il Bakıda ilk KOB Evi açılacaq

Bu il Bakıda ilk Kiçik və Orta Biznes Evinin (KOB Evi) açılması nəzərdə tutulub.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il ərzində Bakının Nərimanov rayonunda paytaxtda ilk KOB Evinin açılışı olacaq.

O.Məmmədov bildirib ki, artıq tikinti işləri gedir: “Ümid edirik ki, tez bir zamanda bu KOB Evini sahibkarların xidməti üçün istifadəyə verəcəyik. Burada daha çox pəncərə fəaliyyət göstərəcək”.

©“Report