BİZNES

06 Fevral

Romada İtaliya-Azərbaycan biznes forumu keçiriləcək

Fevralın 21-də Romada İtaliya-Azərbaycan biznes forumu keçiriləcək.

 

Biznes-forum İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin və İCE - İtaliya Şirkətlərinin Xaricdə Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

“İtaliyanın biznes mühiti - Azərbaycan” adlı forumda azərbaycanlı və italyan iş adamları, habelə qarşılıqlı sərmayələr yatırmaqda maraqlı olan şirkətlər iştirak edəcək. Biznes-forumun əsas istiqamətləri kənd təsərrüfatı texnikası, nəqliyyat, infrastruktur, telekommunikasiya, energetika və ekoloji təmiz texnologiyalar olacaq.

 

© Azərtac