BİZNES

05 Fevral

Bu iki şirkət bölünür

Eyni ünvanda (Neftçala şəhəri, Heydər Əliyev prospekti17) fəaliyyət göstərən “Oriyad balıq” ASC və “Neftçala balıq-əmtəə” ASC-nin səhmdarlarından biri cəmiyyətlərdən ayrılır.

 

Fins.az xəbər verir ki, 11 mart 2020-ci il tarixində “Oriyad balıq” ASC və “Neftçala balıq-əmtəə” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

 

Hər iki ASC-nin yığıncağının gündəliyi aşağıdakı məsələlərdən ibarətdir:

 

1. Səhmdarın cəmiyyətdən ayrılması barədə və yeni hüquqi şəxsin yaradılması.

 

2. Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması və nizamnaməyə edilmiş dəyişikliklərin təsdiqi.

 

3. Yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının və təhvil aktının təsdiqi.

 

4. Dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.

 

9 dekabr 2019-cu il tarixində Neftçala şəhər mədəniyyət evində “Oriyad balıq” ASC  və “Neftçala balıq-əmtəə” ASC səhmdarlarının ümumi yığıncağı  keçiriləcəyi bildirilmişdi. Hər iki cəmiyyətinin yığıncağının gündəliyinə -Nizamnamənin yeni redaksiyada qəbul edilməsi, ASC-nin nəzarət və idarə orqanlarının formalaşdırılması, Dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxslərin müəyyən edilməsi və Cari məsələlərin müzakirəsi daxil idi.