BİZNES

04 Fevral

Mikayıl Cabbarov: "2019-cu ildə regionların inkişafına 8 milyard manatdan çox investisiya yatırılıb

2019-cu ildə Azərbaycan regionlarının inkişafına 8 milyard manatdan çox investisiya qoyulub. Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“2019-cu ildə Regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib, eyni zamanda, dövlət başçısının imzaladığını sərəncamlarla əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb”, - deyə o, fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bölgələrdə sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb.

“Ötən il bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına səbəb olacaq. 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib”, - deyə M.Cabbarov vurğulayıb