BİZNES

03 Fevral

Azərbaycan Qırğızıstana 2020-ci ildə Bişkekdə biznes forum keçirməyi təklif edib

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

“Görüşdə tərəflər iqtisadi, mədəni və humanitar əlaqələrin gələcək inkişafını müzakirə ediblər. Ç.Aydarbekov nazirlər və prezidentlər səviyyəsində səfərlərə hazırlıq görülməsinin vacibliyini qeyd edib”, - deyə məlumatda bildirilir.

Səfir bu il Qırğızıstanda hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes forumun keçirilməsini təklif edib.

Görüşdə, həmçinin Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının və orta məktəbin tikintisi məsələlərinə xüsusi diqqət yetirilib