BİZNES

03 Fevral

Bakıda inşaat işlərinin 81%-dən çoxunu bu şirkətlər həyata keçirib

2019-cu ildə paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,9 faizini əsaslı təmir, 4,7 faizini cari təmir, 19,2 faizini isə sair tikinti işləri təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayımlayıb 

Məlumatda bildilir ki,  ümumi inşaat işlərinin 81,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.