BİZNES

03 Fevral

Azərbaycanda dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb

Bu ilin yanvar ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı ötən ilin dekabr ayı ilə müqayisədə 26,8% azalaraq 388 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən  verilən məlumata görə, yanvar ayı ərzində mərkəzə daxil olan sorğulardan 97%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, yanvar ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 13 domen və 6 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 31 hesabat təqdim edilib.