BİZNES

03 Fevral

İstehlak qiymətləri indeksi AÇIQLANIB

Ötən ilin dekabrında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,5 faiz, 2019-cu ildə isə əvvəlki ilə görə 102,6 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verilib

Məlumatda bildilir ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2019-cu ilin dekabrında noyabr ayına nisbətən 100,1 faiz, yanvar-dekabr aylarında isə 2018-ci ilin müvafiq dövrünə görə 102,3 faiz olub.

Dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayına görə 101,1 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,8 faiz olub. Dekabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,1 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,2 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,1 faiz, il ərzində isə əvvəlki ilə görə 102 faiz olub.