BİZNES

03 Fevral

İstehlak malları və xidmətləri nə qədər bahalaşıb ?

2019-cu ildə Bakıda istehlak malları və xidmətləri 2018-ci ilə nisbətən 2,8 faiz bahalaşıb.

Fins.az xəbər verir ki bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat verib

Məlumatda bildirilir ki,ötən il paytaxtda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 3,4 faiz artıb.

Təkcə dekabr ayında Bakıda istehlak malları və xidmətləri 0,4 faiz bahalaşıb. O cümlədən ay ərzində ərzaq məhsulları, işçkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 0,1 faiz artıb.