BİZNES

03 Fevral

Sahibkar xanımlar müəyyən texniki avadanlıqlarla və təlimlərlə təmin ediləcək

2021-ci ilin sonunadək 200 yaxın azərbaycanlı xanımlar kənd təsərrüfatı sektorundaaqrar sahibkar kimi fəaliyyətlərini davam etdirmələri üçün, müəyyən texniki avadanlıqlarla və təlimlərlə təmin ediləcəklər.

Fins.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib. Onun sözlərinə görə, bununla bağlı ötən ildən etibarən ASC-nin əməkdaşları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə rayonlarda səfərlərdə oldular. "Bu səfərlər zamanı 500-dən artıq xanımlarla görüşlər keçirildi. Görüşlərdə toplanan müraciətlərə əsasən müəyyən qrup xanımların sahələri dəyərləndirildi. Bunun nəticəsində xanımların ən çox hansı sahədə məhsul istehsalına ehtiyac olduqları və bunun üçün hansı vəsaitlərin lazım olduqları araşdırıldı. Bu ildə bu işlər davam etdiriləcək",- deyə L. Məmmədova qeyd edib.