BİZNES

21 Yanvar

\"Moody’s\": \"Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur\"

Azərbaycanın mövcud valyuta ehtiyatları ölkənin 30 aylıq idxalını ödəmək üçün kifayətdir.

Bu barədə fins.az-a "Moody’s" beynəlxalq reytinq agentliyinin MDB üzrə dərc etdiyi yeni hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, MDB ölkələrinin əksər mərkəzi bankları valyutalarının məzənnəsinin çevikliyini artırır ki, bu məzənnə bazarda olan tələbi və təklifi əks etdirə bilsin. Azərbaycan isə istisnadır.

Bundan əlavə, hesabatda qeyd edilir ki, əmtəə bazarında tələb və qiymətlərin agentliyin proqnozlarından aşağı olsa, bu, Azərbaycanla yanaşı Qırğızıstan, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrə mənfi təsir edə bilər.