BİZNES

16 Yanvar

Mikayıl Cabbarov: “Qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb”

 

 "Fins.az"ın məlumatına görə bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransda çıxış edərkən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, “Qeyr-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1.9 milyard ABŞ dollarını ötüb. Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5 faiz təşkil edib. Milayıl Cabbarov qeyd edib ki, “Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib.