BİZNES

16 Yanvar

Mikayıl Cabbarov: “Qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 % yerinə yetirilib”

"Fins.az"ın məlumatına görə bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransda çıxış edərkən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, “Ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir. Daha sonra qeyd edib ki, “ Qeyri neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5.432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb.