BİZNES

15 Yanvar

Minsk və Bakı arasında 2020-ci ildə iqtisadi əməkaşlığı müzakirə edilib

Belarusun xarici işlər naziri Vladimir Makey çərşənbə günü Azərbaycaın Minskdəki səfiri Lətif Qəndilov ilə görüş keçirib, tərəflər iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.

“Görüş zamanı ikitərəfli, həmçinin iqtisadiyyat sahədə əməkdaşlıq məsələləri müzakirə olunub”, - nazilrikdən bildiriblər.

Dünən Belarus Rusiyanın neft şirkətləri ilə 202-ci il yanvarın 1-dən neft nəqli şərtlərinə dair razılığa gələ bilməyib. Dekabrın 31-də prezident Aleksandr Lukaşenko alternativ tədarükçülərdən neft idxalına başlamağı tapşırıb.

Öncə Belarusun baş nazirin birinci müavini Dmitri Krutoy bəyan edib ki, Belarus neft alışı ilə bağlı Bütün mümkün ölkələrə kommersiya təklifləri ünvanlayıb. “Biz müvafiq kommesiya təklifləri göndərmişik. Bütün mümkün ölkələrə: həm Ukrayna, həm Baltikyanı ölkələr, həm Polşa, həm Qazaxıstan, həm Azərbaycana”, - Krutoy bildirib.

“Zavodlarımızın, Belarus neft şirkətinin bütün kommersiya xidmətləri praktiki olaraq gündəlik rejimdə danışıqlar aparır. Düşünürəm ki, yaxın zamanda konkret neft nəqli ilə bağlı alternativ variantlar əldə edəcəyik”, - baş nazirin birinci müavini bildirir.

Bakıda bəyan ediblər ki, Azərbaycan Belarusa neft nəqli üçün imkanlara malikdir. “Belarusda emal üçün neft nəqlinə dair bu ölkə tərəfindən maraq olub. Lakin hələlik konkret qərar yoxdur. Ötən il bzi Belarusa neft nəql etmişik və prinsip etibarilə bunun üçün imkanlar var”, - SOCAR-ın (ARDNŞ) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Əhmədov O qeyd edib ki, hazırda Belarus tərəfi həmçinin SOCAR tərəfindən nəql daxil olmaqla, bazarda mövcud müxtəlif imkanları nəzərdən keçirir.