BİZNES

15 Yanvar

Azərbaycanda neçə xarici şirkətin filial və ya nümayəndəliyi var- RƏSMİ SAY

Azərbaycanda 2 705 xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılan filial və ya nümayəndəliyi qeydiyyatdadır

Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayımlayıb

Məlumatda bildirilir ki, Hazırda qeydiyyatda olan xarici investisiyalı kommersiya qurumundan 2 705-i yəni 19,9 %-i xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılan filial və ya nümayəndəliyidir.

Daha sonra qeyd edilir ki, qeydiyyatda olan kommersiya qurumlarlından 10 338-i yəni 76 %-i məhdud məsuliyyətli cəmiyyət,  123-ü yəni 0,9 -i  səhmdar cəmiyyət və 407-si yəni 3 %-i digər təşkilati-hüquqi formalardadır.

Müəllif:Aynur Qəniyeva