BİZNES

14 Yanvar

2020-ci ildə noutbukların 10%-i “Wi-Fi 6” dəstəyinə malik olacaq

2020-ci ildə dünya bazarına daxil olacaq yeni noutbukların təxminən 10%-i "Wi-Fi 6" standartını dəstəkləyəcək. "Intel Gen Comet Lake" prosessorları bu artımı təmin edəcək. Bu haqda şəbəkə avadanlığı istehsalçıları arasındakı mənbələrə istinadən "DigiTimes" nəşri yazıb.

Fins.az ictnews.az-a istinadən bildirir ki, "Acer", "ASUS", "Dell" və "Lenovo" daxil olmaqla bir sıra şirkətlər "CES 2020" sərgisində "Wi-Fi 6" standartını dəstəkləyən "Intel Gen Comet Lake" platforması ilə işləyən noutbuklarını təqdim ediblər.

"Wi-Fi 6" standartında "Wi-Fi 5"dən fərqli olaraq məlumatların ötürülmə sürəti 1,5 dəfə (6,9-dan 9.6 QB/san-dək) yüksəlib. Ancaq son istifadəçilərdə real sürət artımı 30-40% aralığında olmalıdır.

Bundan başqa, yeni standart "WPA3" (Wi-Fi Protected Access III) adlı daha təkmil şifrləmə sisteminə malikdir və "W-Fi" dəstəkli qurğuların olduğu yerdə daha yüksək sabitliyini təmin edir. Texnologiya 2,4 və 5 QHs tezlik diapazonlarında işləyir ki, bu da böyük buraxılış qabiliyyətini təmin edir.