BİZNES

28 Dekabr

Əsas ixracatçı şirkətlərin reytinqi açıqlandı

Azərbaycanın qeyri-neft sektorunda əsas ixracatçı şirkətlərin reytinqi məlum olub. Bu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tutub. Şirkət 95,4 milyon dollar həcmində məhsul ixrac edib. Reytinqdə ikinci yerdə olan "Socar Polymer" MMC-nin ixracı isə ötən ilin 11 ayı ilə müqayisədə 18 dəfə artaraq 72,2 milyon dollar olub. "MKT İstehsalat Kommersiya" MMC isə ixracın həcminə görə üçüncü yerdədir. Şirkət 60,1 milyon dollar məbləğində məhsul ixrac edib.

İlk onluqda "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Sun Food" MMC, "Baku Steel Company", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Natural Fruit" MMC, "Caspian enerji-2020" MMC yer alıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "CTS-Agro" MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.