BİZNES

27 Dekabr

Sahib Ələkbərov: \"Binə” və “Sədərək” ticarət mərkəzlərində sənədsiz, fakturasız mallar mövcuddur\"

“Binə” və “Sədərək” ticarət mərkəzlərində nəzarət kassa aparatlarının və POS-terminalların quraşdırılması ilə bağlı heç bir iş görmək mümkün deyil”.

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

“Həm Vergilər Nazirliyi, həm də Dövlət Gömrük Komitəsi ticarət mərkəzlərindəki dövriyyənin rəsmiləşdirilməsi ilə bağlı xeyli iş görüb və bu gün də görməkdədir. Ortalıqda sənədsiz, fakturasız mallar mövcuddur. Bununla bağlı sahibkarlar və həmin ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilib. Mən inanıram ki, onlar da bu məsələdə maraqlıdırlar. Ancaq qaimə-faktura və uçotun olmaması nəticəsində nəzarət kassa aparatlarının və POS-terminalların quraşdırılması mümkün deyil”, - o əlavə edib. 

“Report”