BİZNES

27 Dekabr

Prezidentin bir fərmanı ilə – 7 MİLYARD MANATLIQ ƏMLAK LEQALLAŞIB

Yeni tikilən yaşayış binalarının istismara sadələşdirilmiş üsulla qəbulu ilə bağlı prezident İlham Əliyevin fevral ayında imzaladığı fərmana əsasən indiyədək 350 bina istismara qəbul edilib.

Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin şöbə müdiri Feyruz Mustafayev bildirib. 

F.Mustafayev bildirib ki, yeni tikililərin istismara götürülməsi ilə bağlı fərmanın ortaya çıxmasına səbəb, yeni tikililərdə yaşayanların ölkə başçısına çoxsaylı müraciətləri olub. Bu müraciətlərdə vətəndaşlar aldıqları binaların istismara qəbul edilməməsi səbəbindən mənzillərini rəsmiləşdirə bilməməsi və onlar üzərində mülkihyyət hüquqlarını həyata keçirə bilməməsini qeyd edirdilər. 

Bununla bağlı prezidentin tapşırığı ilə vəziyyət araşdırılıb v fərman layihəsi hazırlanıb. Xatırladaq ki, fərman 2019-ci ilin yanvarın 1-dək tikilmiş binalara aid idi və həmin binaların 2020-ci il yanvarın 1-dək istismara qəbulunu nəzərdə tuturdu. 

Onun sözlərinə görə, fərman Bakıda və regionlarda yerləşən ümumilikdə 470 binanı əhatə edib. Bunlardan 411-i Bakıda, 59-u regionlarda, o cümlədən 36-sı Abşeron rayonunda yerləşib. Digər binalar isə Gəncə və Sumqayıt şəhərlərində yerləşir. 

İndiyədək 350 bina istismara qəbul edilib və sənədləşdirilib. 

Nəticədə bu fərmandan binalardakı 75 min mənzilə sahib olan ailələr və təqribən 300 min nəfər faydalanıb. 

F.Müstafayev bildirib ki, yeni tikililərin operativ sürətdə istismara qəbulu üçün buradakı bir sıra çatışmazlıqlar nəzərə alınmayıb: «Söhbət binaların şəhərsalma normalarına uyğun tikilməməsi və torpaqların kateqoriyaları ilə bağlı pozuntulardan gedir».

Əvəzində binaların istismara qəbul zamanı əsasən onların möhkəmliyi və yanğın təhlükəsizliyinə cavab verməsi əsas götürülüb: «Müsbət rəy alan 350-dən çox bina bir ailənin təhlükəsiz yaşaması üçün lazım olan kriteriyalara cavab  verir». 

Bununla yanaşı, qeyd edək ki, 470 binadan yalnız 350-si istismara qəul edilib. Hələlik qalan binaların (yəni bu 120 binanın) taleyi ilə bağlı vəziyyət dəqiq aydn deyil. F.Müustafeyev bunnula bağlı məsələyə baxıla biləcəyini istisna etməyib. 

F.Mstafeyev bildirib ki, prezidentin sözügedən fərmanı ilə istismara qəbul edilən 350 binada təqribən 7 milyon kvadratmetr tikinti ərazisi var bu da hazırki bazar qiyməti ilə təqribən 7 milyard manat deməkdir. 

İndiyədək bu əmlak rəsmi dövriyyədən kənarda idi. Başqa sözlə, yeni tikililər haqqında fərman, digər nəticələri ilə yanaşı, 7 milyatd manatdıq daşınmaz əmlakın leqal əmlak övriyyəsinə cəlb edilməsivə və bazar, investisiya, alqı satqı predmetinə cəlb olunmasına şərait yaradıb.   

F.Müstafayev onu da bildirib ki, bu fərman nəticəsində Bakıda çıxarışlı mənzillərin sayı çoxaldığına görə, çıxarışla mənzillərin qiymətləri də sabitləşib. 

© FED