Azərbaycanın 2020-ci ildə xarici dövlət borcuna xidmətlə bağlı xərcinin yuxarı həddi 1 695 012,878 min manat məbləğində təsdiqlənib. Fins.az 2020-ci il dövlət büdcəsinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə limit 21% və ya 467 158,134 min manat həcmində azaldılıb.
Xarici dövlət borcuna xidmətlə bağlı faiz ödənişlərinin yuxarı həddi isə 517.885,588 min manat nəzərdə tutulub ki, bu da əvvəlki illə müqayisədə 14 faiz və ya 83.933,558 min azdır. Qeyd edək ki, Azərbaycanın 2020-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 400.000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi 1.000.000,0 min manat təsdiq edilib.
(c)Report