Fransanın rəqabətlilik idarəsi şirkətdən "Google Ads" reklam platformasının qaydalarına və reklamverənlərin uçot yazılarının ləğv edilməsi metodlarına aydınlıq gətirməyi tələb edib. Öz fəaliyyətini Fransa qanunvericiliyinə uyğun qurmaq üçün hazırlamalı olduğu qaydaları və tədbirləri ətraflı şəkildə təsvir etmək üçün "Google" şirkətinə iki ay vaxt verilib. İdarənin rəisi xanım İzabel de Silva bildirib ki, Fransada axtarışlar üzrə reklam bazarının 90 faizdən çoxu "Google" şirkətinin nəzarətindədir və şirkət öz inhisarçı mövqeyindən sui-istifadə edir.
Qeyd edək ki, bundan əvvəl Fransa, "Google" daxil olmaqla, iri texnoloji şirkətlərin mənfəətlərinə "rəqəmsal vergi" tətbiq olunduğunu elan etmişdi. Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp da fransız şərablarına əlavə vergi qoyacağını bildirmişdi